Trampdan sərt xəbərdarlıq: Husilər yenidən hücum etsələr...
ABŞ Prezidenti Donald Tramp husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını davam etdirəcəyi təqdirdə ABŞ Silahlı Qüvvələrinin hərbi gücdən istifadə edəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, "Truth Social" platformasında paylaşım edən Tramp husilərin növbəti hücumuna görə İranın məsuliyyət daşıyacağını bildirib.
ABŞ prezidenti qeyd edib ki, husilər İranın nəzarətində olan qüvvədir və onların yeni hücumları baş verərsə, həm İrana, həm də husilərə qarşı dağıdıcı hərbi cavab veriləcək.
Tramp əlavə edib ki, husilər son vaxtlara qədər "peşəkar və ağıllı davrandıqları" halda, hazırkı addımları onu ciddi şəkildə məyus edib.
17:08 23.07.2026
Oxunuş sayı: 57