Fransada meşə yanğını böyüyür: 12 min nəfər təxliyə edildi
Fransanın qərbində yerləşən "Jirond" departamentində baş verən meşə yanğını 2 min hektar ərazini əhatə edib.
Crossmedia.az xəbər verir ki, "BFMTV" bu barədə məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı axşam saatlarında yanğının əhatə etdiyi sahə 900 hektar idi. Lakin güclü külək və yüksək hava temperaturu səbəbindən alov sürətlə yayılıb.
Bildirilir ki, cümə axşamı səhər yanğın "Lej-Kap-Ferre" kommunasına qədər çataraq "Kap-Ferre" yarımadasını faktiki olaraq digər ərazilərdən ayırıb. Hadisə ilə əlaqədar bölgədən təxminən 12 min nəfər təxliyə olunub.
"Lej-Kap-Ferre" şəhərinin meri Filipp Le Arivel bildirib ki, hazırda yarımadadan insanların dəniz və ya quru yolu ilə kütləvi təxliyəsi planlaşdırılmır.
Onun sözlərinə görə, hazırda yalnız daimi yaşamayan şəxslərin yerləşdiyi bəzi düşərgələrdən insanların çıxarılması imkanları nəzərdən keçirilir.
16:56 23.07.2026
Oxunuş sayı: 69