Fon der Lyayen: Aİ Rusiyaya qarşı sanksiyaların bəzi müddəalarını qəbul edə bilmədi
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə bəzi təkliflərin daxil edilməsi mümkün olmayıb.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Fon der Lyayenin sözlərinə görə, yeni sanksiyalar paketinə Ukraynadakı müharibədə iştirak edən şəxslərin Avropa İttifaqına girişinə qadağa ilə bağlı müddəa daxil edilməyib.
O, həmçinin əvvəlki müzakirələrdə əsas tədbirlərdən biri kimi nəzərdə tutulan Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasının qadağan olunması məsələsinə də toxunmayıb. Bu müddəa da qəbul edilən sanksiyalar paketində yer almayıb.
15:08 23.07.2026
Oxunuş sayı: 31