Plyuşenkonun yetirməsi Qırğızıstan millisində çıxış edəcək
Rusiyalı fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Yevgeni Plyuşenkonun yetirməsi, 15 yaşlı Zlata Saprina bundan sonra Qırğızıstan milli komandasını təmsil edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, gənc fiqurlu konkisürən 20–22 avqust tarixlərində Çinin Sian şəhərində keçiriləcək Beynəlxalq Konkisürmə İttifaqının yeniyetmələr arasında Qran-pri mərhələsində Qırğızıstan yığmasının heyətində çıxış edəcək.
Beləliklə, Plyuşenkonun akademiyasında hazırlanan daha bir idmançı beynəlxalq arenada başqa ölkənin milli komandası adına mübarizə aparacaq.
14:51 23.07.2026
Oxunuş sayı: 41