Deqtyaryov Plyuşenkonu sərt tənqid etdi: Xalq hər şeyi xatırlayır
Rusiyanın idman naziri və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyaryov fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Yevgeni Plyuşenkonun Rusiya ilə bağlı səsləndirdiyi fikirləri sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Deqtyaryov bildirib ki, Plyuşenkonun oğlunu başqa ölkəyə aparmaq qərarı şəxsi seçimidir, lakin bunun fonunda Rusiyanın "deqradasiyaya uğradığını" deməsi qəbuledilməzdir.
"Övladını başqa yerə aparmısansa, bu sənin hüququndur. Amma niyə belə qiymətləndirmələr verirsən? Xalq da, İdman Nazirliyi də bunu unutmayacaq. Danışanda düşünmək lazımdır. Bu, xüsusi hərbi əməliyyat başlayandan sonra ölkəni tərk edən bir çox şəxslərin mövqeyini xatırladır. Onlar elə bilirdilər ki, həqiqət yalnız onlardadır. Xalq isə hər şeyi xatırlayır. Hər şeyi! Söz ağızdan çıxdıqdan sonra geri qaytarmaq olmur", – deyə Deqtyaryov vurğulayıb.
14:56 23.07.2026
Oxunuş sayı: 27