Tramp: Hamını rüsumlarla hədələyirəm, danışıqları belə aparıram
ABŞ Prezidenti Donald Tramp gömrük rüsumları ilə bağlı hədələrin danışıqlarda istifadə etdiyi əsas vasitələrdən biri olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tramp nümunə kimi Fransa Prezidenti Emmanuel Makron ilə söhbətini göstərib. O deyib ki, güzəşt əldə etmək üçün Makronu Fransa şərabları və şampanına yüksək gömrük rüsumları tətbiq etməklə hədələyib.
ABŞ Prezidenti qeyd edib ki, danışıqlarda sərt mövqe tutmaq onun istifadə etdiyi əsas taktikalardan biridir.
14:27 23.07.2026
Oxunuş sayı: 38