KİV: Ukraynanın taktika dəyişikliyi Rusiyada yanacaq böhranını zəiflədib
Rusiyada yanacaq böhranı Ukraynanın hücum taktikasını dəyişməsindən sonra qismən zəifləməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə məlumat yayıb.
Məlumata görə, Ukrayna son həftələr iri neft emalı zavodlarını (NEZ) hədəf almaq əvəzinə Rusiyanın "kölgə donanması"na aid neft tankerlərinə zərbələri artırıb. Bunun fonunda Rusiyanın bir sıra regionlarında yanacaq təminatında müəyyən yaxşılaşma müşahidə olunsa da, qıtlıq hələ də davam edir.
Agentliyin yazdığına görə, böhranın tam aradan qalxmasından danışmaq hələ tezdir. Analitiklərin proqnozuna əsasən, iyul ayında Rusiyada neft emalı həcmi 2002-ci ilin may ayından bəri ən aşağı səviyyəyə enəcək və mövsümi normadan üçdə birindən çox aşağı olacaq.
Bəzi regionların yerli hakimiyyət orqanları isə sakinlərə yanacaq çatışmazlığının bir müddət də davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.
14:15 23.07.2026
Oxunuş sayı: 44