Partiya sədri gündəmi silkələyən hadisədən danışdı: Bunu səhiyyə sisteminin adına yazmaq doğru olmaz
Ötən günlərdə “Vital” Hospitalda ölü doğulan körpənin xəstəxananın zirzəmisinə atılması cəmiyyətdə ciddi narazılıq yaradıb. Baş verən hadisə sosial şəbəkələrdə də geniş müzakirə olunur. Bu olaydan sonra elə insanlar da var ki, məsələni təkcə ayrı-ayrı şəxslərin məsuliyyəti kimi deyil, ümumilikdə səhiyyə sisteminin problemi kimi qiymətləndirirlər. Bəs baş verənləri bütün səhiyyə sisteminin adına yazmaq nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, bütün cəmiyyətlərdə, dövlətlərdə belə cinayət hadisələrində qanun pozuntuları və yaxud da ağlasığmaz hərəkətlər olur:
"Bunları ümumi və kütləvi xarakter almayana qədər sistemin qüsuru kimi dəyərləndirmək olmaz. Ayrı-ayrı adamların, ayrı-ayrı fərdlərin hərəkəti kimi qiymətləndirilməlidir. Əgər bu cür hallar kütləvi xarakter, adət halını alırsa, onda biz bunu sistemin adına yaza bilərik. Bunu sadəcə ayrıca bir fərdi hadisə kimi dəyərləndirmək, ümumiləşdirmək və bunu Azərbaycan səhiyyəsinin adına yazmaq doğru olmaz".
Turqut Ansari
13:00 23.07.2026
Oxunuş sayı: 60