Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunub - YENİLƏNİB
Xalq artisti Tofiq Mirzəyev İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunub.
Crossmedia.az xəbər verir ki, dəfn mərasimində Xalq artistinin ailə üzvləri, İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi iştirak edib.
10:27
Azərbaycanın Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev 94 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, sənətkarın İsraildə dünyasını dəyişməsi barədə iddialar var.
Onun vəfatı ilə bağlı məlumat ilk olaraq sosial şəbəkələrdə yayılıb. Ailə üzvləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Həmçinin Tofiq Mirzəyevin ölüm səbəbi də hələ açıqlanmayıb.
Tofiq Mirzəyev Azərbaycan teatr və kino sənətinin tanınmış simalarından biri olub. O, uzun illər aktyor və rejissor kimi fəaliyyət göstərərək milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr verib. Yaratdığı yaddaqalan obrazlar və uğurlu səhnə işləri ilə tamaşaçıların böyük rəğbətini qazanıb.
Sənətkar əvvəlcə "Əməkdar artist", daha sonra isə "Xalq artisti" fəxri adlarına layiq görülüb, həmçinin müxtəlif dövlət mükafatları ilə təltif edilib.
Redaksiya olaraq mərhum sənətkarın ailəsinə, yaxınlarına və bütün Azərbaycan mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
21:45 22.07.2026
Oxunuş sayı: 99