Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - YENİLƏNİB
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Sabah" "KuPS"a (Finlandiya) qalib gəlib.
Crossmedia.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" 1:0 hesablı qələbəyə seviniblər.
Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.
Qeyd edək ki, tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
21:30
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyununda ikinci hissə başlayıb.
Crossmedia.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" hesabda irəlidədirlər - 1:0.
45-ci dəqiqədə Velko Simiç fərqlənib.
20:04
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyunu başlayıb.
Crossmedia.az xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Matçın baş hakimi polşalı FIFA referisi Lukaş Kujmadır.
Xatıradaq ki, cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.
22:00 21.07.2026
Oxunuş sayı: 79