Diaspor üçün “Yüksəliş” müsabiqəsi iştirakçılarının fəaliyyəti vacibdir - Fuad Muradov
İnanıram ki, biz bu müsabiqənin müsbət nəticəsini görəcəyik.
Crossmedia.az xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
O, qeyd edib ki, diaspor fəaliyyəti üçün iştirakçılarınızın fəaliyyəti çox vacibdir: “Xaricdə yaşayan soydaşlarımızın bizə münasibətləri bəzən fərqli olur. İnsan istəyir ki, yaşadıqca daha çox yüksəlsin. Ona görə bir çox gənclər bizi seçir və bizdə fəaliyyət göstərirlər. Mən inanıram ki, bu müsabiqənin qalibləri gələcəkdə Azərbaycanın ən uğurlu şəxsləri olacaq. Gənclərin nə qədər çox uğur qazanmasından və savadlı olmasından asılı olmayaraq onların xaricdə yox məhz öz dövlətimizdə fəaliyyət göstərəcəyinə və Azərbaycanın inkişafına öz töhfələrini verəcəklərinə əminəm”.
Ayhan
15:50 17.07.2026
Oxunuş sayı: 65