Crossmedia.az saytında yaranmış texniki problem həllini tapdı
Hörmətli sayt istifadəçiləri!
Saytımız yenicə yaranmasına baxmayaraq toxunduğu mövzular, təqdim etdiyi kontent baxımından kifayət qədər diqqət mərkəzində idi və təqdir olunurdu. Təbii ki, bu diqqət özüylə neqativ qrupların hücumlarını da gətirirdi.
Dünən axşamdan saytımıza edilən xaker hücumları onun işində ciddi problemlər yaratdı. Hücum bütün gecə boyunca davam etdi və nəticədə səhərdən saytımızın işində texniki problemlər oldu, fəaliyyətində müvəqqəti fasilə yarandı.
Peşəkar proqramistlərimizin göstərdiyi səy nəticəsində problemlər həllini tapdı və Crossmedia.az saytı olaraq fəaliyyətimizə davam edirik. Yaranmış texniki problemlərə görə oxucularımızdan, istifadəçilərimizdən üzr istəyirik.
Hörmətlə,
Redaksiya
11:26 24.12.2024
Oxunuş sayı: 3816