Moskva istiqamətində uçan altı PUA vurulub
Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə (HHM) qüvvələri Moskva istiqamətində uçan altı pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Sergey Sobyanin "Max" platformasında paylaşım edib.
Onun sözlərinə görə, vurulan PUA-ların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlərin əməkdaşları fəaliyyət göstərir.
Hadisə nəticəsində mümkün dağıntılar və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
09:26 16.07.2026
Oxunuş sayı: 50