Puşilin: Ukrayna Donetskdə məhsul yığımını pozmağa çalışır
Kiyev rejimi Donetsk vilayətində məhsul yığımını pozmağa cəhd edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın nəzarətində olan qondarma Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin TASS agentliyinə müsahibəsində bildirib.
Puşilinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumları kənd təsərrüfatı işlərinə mane olmaq və məhsul yığımını ləngitmək məqsədi daşıyır.
Qeyd edək ki, bu məlumat yalnız Rusiya tərəfinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
09:15 16.07.2026
Oxunuş sayı: 56