Azərbaycan iyunda "OPEC+" kvotasından gündəlik 95 min barel geri qalıb
Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 456 min barel təşkil edib.
Crossmedia.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı may ayı ilə müqayisədə eyni səsəviyyədə qalıb.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, iyunda faktiki hasilat 95 min barel geriləyib.
Xatırladaq ki, bu ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 457 min barel təşkil edib
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü rübdə 459 min barel, dördüncü rübdə isə 458 min barel təşkil edib.
2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.
18:03 13.07.2026
Oxunuş sayı: 51