"Tibb müəssisələrinin akkreditasiyası Qaydası" yeni redaksiyada təsdiqlənib
"Tibb müəssisələrinin akkreditasiyası Qaydası" yeni redaksiyada təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edilib ki, Səhiyyə Nazirliyi nəzərdə tutulan normativ hüquqi aktları doqquz ay müddətində təsdiq edib Hüquqi Aktların Dövlət Reyestrinə daxil etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərara əsasən, akkreditasiya hər 5 (beş) ildən bir həyata keçirilir. Yeni təsis edilmiş tibb müəssisəsinin akkreditasiyası onun fəaliyyətə başladığı (özəl tibb müəssisələrinə münasibətdə isə lisenziya aldığı) tarixdən 5 (beş) il sonra həyata keçirilir.
Mərkəz hər təqvim ili aprelin 15-dən gec olmayaraq, növbəti təqvim ili üçün akkreditasiyası keçirilməli olan tibb müəssisələrinin siyahısını öz rəsmi internet informasiya ehtiyatında yerləşdirir.
Qərarın 1-ci hissəsi 2028-ci il yanvarın 1-dən qüvvəyə minir.
18:19 09.07.2026
Oxunuş sayı: 51