CROSSMEDIA - Ceyhun Bayramov Serbiyaya yola düşüb
Gündəm

Ceyhun Bayramov Serbiyaya yola düşüb

23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.

Crossmedia.az xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, Serbiyanın xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlər keçirməsi planlaşdırılıb.

Bu səfər iki ölkə arasında mövcud diplomatik münasibətlərin inkişafına yeni töhfələr verməyi hədəfləyir.

04:23 23.12.2024

Oxunuş sayı: 3887

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR