"Sabah" "Qarabağ"dan ayrılan Amin Ramazanovu heyətinə qatdığını açıqlayıb
"Sabah" heyətinə yeni futbolçu qatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.
Qapıçı Amin Ramazanov bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 23 yaşlı qolkiperlə 2 illik müqavilə bağlanıb.
Rusiyanın "Lokomotiv" (Moskva) klubunun yetirməsi olan oyunçu karyerası ərzində "Qarabağ" və "Zaqatala"da çıxış edib.
12:51 07.07.2026
Oxunuş sayı: 52