İsraildə Tacikistan vətəndaşı casusluq ittihamı ilə saxlanıldı
İsrailin daxili təhlükəsizlik xidməti "Şabak" Rusiya pasportuna malik Tacikistan vətəndaşının casusluq ittihamı ilə həbs edib.
Crossmedia.az xəbər verir ki, Şabak (Şin Bet) bu barədə məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs Tel-Əvivdə yerləşən Azrieli qüllələrinin koordinatlarını ötürməkdə ittiham olunur.
Bundan əlavə, onun Hayfa limanının görüntülərini çəkərək İran tərəfinə göndərdiyi, eləcə də İsrailin şimalındakı həssas təhlükəsizlik obyektlərini lentə almağa cəhd etdiyi iddia edilir.
Təhlükəsizlik xidməti hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.
17:23 02.07.2026
Oxunuş sayı: 50