Veronika Jilina Azərbaycan millisində çıxış edəcək
Azərbaycan fiqurlu konkisürmə millisinin heyətinə Veronika Jilina cəlb olunub.
Crossmedia.az xəbər verir ki, Beynəlxalq Konkisürmə İttifaqı bu barədə qərar qəbul edib.
Məlumata görə, İttifaq Azərbaycanın müraciətini təsdiqləyib və bununla da Veronika Jilina 2026/2027 mövsümündən etibarən beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Beləliklə, idmançı növbəti mövsümdən etibarən bütün beynəlxalq yarışlarda Azərbaycan millisinin heyətində çıxış edə biləcək.
17:06 02.07.2026
Oxunuş sayı: 44