İranda SEPAH ilə kürd silahlıları arasında toqquşma: 5 nəfər ölüb
İranın Qərbi Azərbaycan əyalətində yerləşən Piranşəhr və Sərdəşt bölgələrində SEPAH qüvvələri ilə kürd silahlı qruplaşması arasında silahlı qarşıdurma baş verib.
Crossmedia.az xəbər verir ki, İran mediası bu barədə məlumat yayıb.
Məlumata görə, toqquşma bu gün səhər saatlarında SEPAH qüvvələri ilə İran Kürdüstanı Demokrat Partiyasına bağlı olduğu bildirilən silahlı qrup arasında qeydə alınıb.
Bildirilir ki, qarşıdurma nəticəsində silahlı qrupun beş üzvü həlak olub.
Hadisənin başvermə səbəbi, eləcə də SEPAH tərəfinin mümkün itkiləri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
18:09 02.07.2026
Oxunuş sayı: 56