Pezeşkian: Hökumət ali rəhbərin göstərişlərinə tabedir
İran Prezidenti Məsud Pezeşkian hökumətin İslam Respublikasının ali rəhbərinin göstərişlərinə tam şəkildə əməl etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Pezeşkian qeyd edib ki, əgər ali rəhbər Müctəba Xamenei danışıqların aparılmaması və ya hər hansı görüşün keçirilməməsi barədə göstəriş versəydi, hökumət buna mütləq əməl edərdi.
O hökumətin ali rəhbərin tapşırıqlarına tabe olmadığı barədə iddialara cavab olaraq vurğulayıb ki, hökumət bütün məsələlərdə ali rəhbərin mövqeyinə uyğun hərəkət edir.
08:45 02.07.2026
Oxunuş sayı: 51