Paşinyanla Simonyan arasında gərginlik baş verib?
Ermənistan parlamentinin sədri Alen Simonyanla Baş nazir Nikol Paşinyan arasında münasibətlərin gərginləşdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “Joxovurd” qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, parlament sədri vəzifəsi ilə bağlı keçirilən qapalı səsvermədə Simonyan 20 səsdən cəmi 5-ni qazanıb. Bildirilir ki, bundan sonra o, əsəbiləşərək iclas zalını tərk edib.
Qeyd olunur ki, Simonyan hadisədən sonra ictimaiyyət qarşısına çıxmayıb.
Məlumatda həmçinin onun yerinə parlament sədri vəzifəsinə köməkçisi Rubin Rubinyanın namizəd göstərildiyi iddia edilir.
11:58 01.07.2026
Oxunuş sayı: 48