Tbilisidə gərginlik artır: müxalifət daxilində böhran iddiası
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə müxalifət düşərgəsində ciddi daxili parçalanmanın olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, müxalif siyasi qüvvələr arasındakı fikir ayrılıqları onların zəifləməsinin göstəricisidir.
Kobaxidze qeyd edib ki, müxalifət daxilində ayrı-ayrı qruplar öz himayədarlarının rəğbətini qazanmağa çalışır və bu da daxili rəqabət və gərginlik yaradır.
O əlavə edib ki, müxalif düşərgə agentura adlandırdığı qüvvələrin daxilində parçalanma ilə üz-üzədir.
22:56 30.06.2026
Oxunuş sayı: 54