Pezeşkian: Qətərdəki dondurulmuş 6 milyard dollar İrana qaytarılacaq
İran Qətərdə dondurulmuş 6 milyard dollarını geri alacaq.
Crossmedia.az xəbər TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın mətbuat xidməti məlumat yayıb.
Prezidentin sözlərinə görə, əldə olunan razılaşmaya əsasən, Qətərdə saxlanılan İrana məxsus ümumilikdə 12 milyard dollar vəsaitin 6 milyard dolları üzərindəki məhdudiyyətlər aradan qaldırılacaq və həmin məbləğ ölkəyə qaytarılacaq.
Məsud Pezeşkian bildirib ki, qalan 6 milyard dolların da İrana qaytarılması istiqamətində zəruri işlər davam etdirilir.
14:38 29.06.2026
Oxunuş sayı: 52