XƏBƏRDARLIQ: Bu gün və sabah geomaqnit qasırğası olması ehtimalı var
Günəşi 26 iyunda tərk etmiş TKA-ın təsiri ilə 29-30 iyunda zəif (G1) geomaqnit qasırğası olması ehtimalı var.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, bu təsirə bağlı olaraq iyulun 1-də də geomaqnit sahəsi aktiv və qeyri-sabit səviyyələr arasında dəyişə bilər.
14:23 29.06.2026
Oxunuş sayı: 50