ABŞ-nin İrana sanksiya güzəşti banklar üçün qeyri-müəyyənlik yaradır
ABŞ-nin İrana qarşı sanksiyalarla bağlı tətbiq etdiyi müvəqqəti güzəştlər beynəlxalq banklar və şirkətlər üçün ciddi qeyri-müəyyənlik yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, sanksiyalar rejimindəki son dəyişikliklər banklar və beynəlxalq şirkətlər üçün qarışıq vəziyyət formalaşdırıb. Bildirilir ki, bu dəyişikliklərin ABŞ maliyyə sistemi çərçivəsində praktik tətbiqi olduqca mürəkkəb görünür.
Məlumatda qeyd olunur ki, sanksiyaların yumşaldılması prosesi nə sadə, nə də ardıcıl xarakter daşıyır. ABŞ-nin bu istiqamətdə atdığı son addımların hətta uzun illər sanksiyalar sahəsində çalışan hüquqşünaslar və ekspertlər üçün də gözlənilməz olduğu vurğulanır.
Hesabatda həmçinin bildirilir ki, ABŞ administrasiyaları son onilliklər ərzində İrana qarşı yüzlərlə müxtəlif sanksiya mexanizmi tətbiq edib.
12:24 29.06.2026
Oxunuş sayı: 43