ABŞ-lə texniki danışıqlar ləğv edildi – İran şərtini açıqladı
İran ABŞ ilə texniki danışıqları ləğv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın mərhum ali rəhbərinin ofisinin üzvlərindən Həbibullah Fəzaili məlumat verib.
Onun sözlərinə görə, Hörmüz boğazında artan gərginlik və son günlər İranla ABŞ arasında baş verən qarşılıqlı hərbi zərbələr səbəbindən Tehran texniki məsləhətləşmələrdə iştirakdan imtina edib.
Fəzaili bildirib ki, İran danışıqların bərpası üçün Vaşinqtonun əvvəlcə bir sıra öhdəlikləri yerinə yetirməsini tələb edir. O qeyd edib ki, əsas şərtlərdən biri İranın dondurulmuş maliyyə aktivlərinə çıxışının təmin olunmasıdır.
12:15 29.06.2026
Oxunuş sayı: 54