İran və Oman Hörmüz boğazı ilə bağlı birgə komitənin ilk iclasını keçirdi
İran və Oman arasında Hörmüz boğazı üzrə yaradılan birgə komitənin ilk iclası Maskatda baş tutub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin hüquqi məsələlər üzrə müavini Kazem Qəribabadi məlumat verib.
Onun sözlərinə görə, iclas Omana səfəri çərçivəsində keçirilib. Görüşdə Omanın xarici işlər naziri ilə birlikdə Vaşinqton və Tehran arasında İslamabadda imzalanmış Anlaşma Memorandumunun 5-ci bəndi çərçivəsində Hörmüz boğazındakı mövcud vəziyyət müzakirə olunub.
Tərəflər, həmçinin sahilyanı dövlətlərin hüquqlarını nəzərə almaqla Hörmüz boğazının gələcək idarə olunması ilə bağlı fikir mübadiləsi aparıblar.
13:08 29.06.2026
Oxunuş sayı: 62