Gürcüstanın strateji seçimi Avropa İttifaqına inteqrasiyadır – XİN rəhbəri
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin strateji xarici siyasət kursunun dəyişmədiyini və Avropa İttifaqına (Aİ) inteqrasiyanın əsas prioritet olaraq qaldığını bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, bu il aparılan müzakirələr çoxtərəfli diplomatiyaya həsr olunub və bu mövzu Gürcüstan üçün həm coğrafi mövqeyi, həm də geosiyasi reallıqları baxımından xüsusi əhəmiyyət daşıyır.
Boçorişvili vurğulayıb ki, çoxtərəfli diplomatiya siyasəti Gürcüstanın strateji xarici siyasət kursunun dəyişməsi anlamına gəlmir.
“Gürcüstanın strateji seçimi Aİ-yə inteqrasiyadır və bu istiqamət bizim üçün böyük əhəmiyyət daşıyır”, – deyə nazir Xorvatiyada keçirilən Dubrovnik Forumunda panel müzakirəsində iştirak etməzdən əvvəl jurnalistlərə bildirib.
22:43 27.06.2026
Oxunuş sayı: 58