Ukraynanın Krıma zərbələri Putinin reytinqinə mənfi təsir göstərib
Ukraynanın Krım və Rusiya ərazisində həyata keçirdiyi sistemli hücumlar bölgədə normal həyat şəraitini ciddi şəkildə pozub və bu vəziyyət Rusiya Prezidenti Vladimir Putinin reytinqinə təsir göstərib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The New York Times˝ qəzetinin yazdığına görə, Krımda fövqəladə vəziyyət elan olunub. Yarımadada yanacaq qıtlığı yaranıb, elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunur, su təchizatında isə problemlər yaşanır.
Nəşr qeyd edir ki, yaranmış vəziyyət fonunda turistlər Krımı tərk etməyə başlayıblar. Bu səbəbdən iyul və avqust ayları üçün otel rezervasiyalarının həcmi 30-40 faizdən çox azalıb.
Məqalədə vurğulanır ki, davam edən hücumlar həm Krımın gündəlik həyatına, həm də regionun turizm sektoruna ciddi təsir göstərir.
22:33 27.06.2026
Oxunuş sayı: 63