Venesuelada vəziyyət kritik həddə çatıb
Venesuelada baş verən iki güclü zəlzələnin nəticələri təxminən 7 milyon insana təsir edib.
Crossmedia.az bu barədə BMT hesabatına istinadən məlumat verir.
Məlumata görə, dağıntıların miqyası getdikcə artır. Ölənlərin sayı 920 nəfərə çatıb, 3360 nəfər yaralanıb, 172 nəfərin isə dağıntılar altında qaldığı bildirilir. Həmçinin 50 mindən çox insan itkin düşmüş hesab olunur.
Ən ciddi zərər paytaxt Karakas və La-Quayra ştatında qeydə alınıb. Bu bölgələrdə sakinlər və xilasedicilər dağıntıları əl ilə təmizləməyə davam edir.
Fəlakət zonasına xarici xilasetmə qrupları və humanitar yardım göndərilir.
22:03 27.06.2026
Oxunuş sayı: 54