Paşinyan: TRIPP üzrə işlər sürətlə davam edir
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsinin icrası hazırda aktiv işçi mərhələdədir və onun həyata keçirilməsi üçün heç bir siyasi və ya maliyyə maneəsi mövcud deyil.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Davamlı iş prosesi gedir. Hər gün olmasa da, ən azı həftəlik əsasda mühəndislik, layihələndirmə, maliyyə və logistika məsələləri müzakirə olunur. Başqa sözlə, proses irəliləyir və texniki problemlər yaranmasa, bu il artıq sahədə tikinti işlərinin başladığını görmək istəyirik”, – deyə Paşinyan brifinq zamanı bildirib.
Ermənistan–ABŞ əməkdaşlığına toxunan Baş nazir qeyd edib ki, yaxın vaxtlarda mühüm ikitərəfli sənədin ratifikasiyası gözlənilir. Bundan sonra layihənin praktiki icra mərhələsinə keçilməsi planlaşdırılır.
Qeyd edək ki, Ermənistan və ABŞ iyunun əvvəlində TRIPP layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişi imzalayıblar.
17:57 25.06.2026
Oxunuş sayı: 49