CROSSMEDIA - Ali Məhkəmə Plenumunun iclası keçirilib
Gündəm

Ali Məhkəmə Plenumunun iclası keçirilib

Dekabrın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Crossmedia.az Ali Məhkəmənin mətbuat xidmətinə istinadən xəbər veirr ki, iclasda “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli qərarına, habelə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılması tələb olunan digər qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə məsələ müzakirəyə çıxarılıb və dəyişikliklər Plenum üzvləri tərəfindən təsdiq olunub.

Eyni zamanda, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” qərar layihəsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.

2023-cü il və 2024-cü ilin birinci yarımilliyində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib və geniş fikir mübadiləsi aparılıb.

Sonra Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının tərkibinə dəyişiklik edilməsi barədə layihə səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda, həmçinin konkret işlərə baxılıb.

12:24 20.12.2024

Oxunuş sayı: 3936

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR