Avropanın hərbi gücü artırılacaq
Avropa, yanvar ayında vəzifəyə başlayacaq Donald Trampın siyasəti və ticarət sahəsindəki addımlarına hazırlaşarkən, Balkanların gələcəyi üçün də yeni bir plan hazırlayır. Trampın regionu Rusiyanın ixtiyarına buraxa biləcəyindən narahat olan Avropa rəsmiləri, bölgədəki hərbi mövcudluğunu artırmaq və Serbiyanı ciddi şəkildə xəbərdar etmək niyyətindədir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Balkanlar bölgəsi üçün yeni üzvlük, inteqrasiya və müdafiə konsepsiyası hazırlayır.
İttifaqa yaxınlığı ilə tanınan EU Observer saytının Brüsseldəki mənbələrdən əldə etdiyi məlumatlara görə, bütün Avropa Donald Tramp dövründə baş verəcəyi güman edilən maliyyə və siyasi böhranlara hazırlaşır. Trampın Balkanları Rusiyanın nəzarətinə buraxa biləcəyindən ehtiyatlanan Avropa İttifaqı rəsmiləri, bir tərəfdən bölgədə hərbi gücünü artırmağı, digər tərəfdən isə Trampa “Ukrayna və Balkanlar qırmızı xəttimizdir” mesajını çatdırmağı planlaşdırır.
Fidan Hacızadə
10:17 20.12.2024
Oxunuş sayı: 4600