CROSSMEDIA - Fransa bu Afrika ölkəsindən də qovulur
Gündəm

Fransa bu Afrika ölkəsindən də qovulur

Çad hökuməti Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini pozaraq, həmin ölkənin hərbi qoşunlarının 2025-ci ilin 31 yanvar tarixinədək ölkə ərazisindən çıxarılmasını tələb edib.

Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-a açıqlama verib.

Onun sözlərinə görə: “Fransa son illər Afrikada və dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi mövqeyini itirir. Ümumiyyətlə, Makronun hakimiyyətindən sonra bu daha da sürətlə davam etməyə başladı. Afrika ölkələri artıq müstəqillik istəyir və Fransanın müstəmləkəçiliyindən çıxmağı tələb edir. Fransa üç yüz ildir ki, Afrikaya zərər vurub, bütün sərvətlərini talan edib. Lakin Afrikada heç bir quruculuq işləri həyata keçirməyiblər”.

“Son dövrlər qardaş Türkiyə Afrikada məktəblər açır, insanları qida və su ilə təmin edir. Bunun əksinə, Fransa isə Afrikadan milyardlarla vəsait toplayaraq öz ölkəsinə aparır. Yaxın illərdə Fransa daha da siyasi və hərbi nüfuzunu itirəcək. Bunun nəticəsində də iqtisadi baxımdan mövqeyini itirməsinin şahidi olacağıq.” ,- deyə ekspert bildirib.

Fidan Hacızadə

10:28 20.12.2024

Oxunuş sayı: 5945

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR