Bakı-Şamaxı yolunda ağır qəza: iki nəfər yaralanıb
Bakı - Şamaxı avtomobil yolunda, postu keçdikdən sonra Bakı istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, Changan markalı minik avtomobili yolun kənarında dayanan yük avtomobilinə (TIR-a) çırpılıb. Qəza nəticəsində iki nəfər ağır dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıblar.
İlkin məlumata əsasən, hadisə zamanı ölən olmayıb. Faktla bağlı araşdırma aparılır..
Türkan Kərimli
18:10 20.06.2026
Oxunuş sayı: 78