İran İsrailin Livana hücumlarına görə İsveçrə danışıqlarını təxirə salıb
İranın danışıqlar heyəti İsrailin Livanın cənubuna hücumlarını davam etdirməsi səbəbindən İsveçrədə keçirilməsi planlaşdırılan danışıqların ilk raundunda iştirak etməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb.
Məlumata görə, 60 günlük danışıqlar çərçivəsində nəzərdə tutulan görüşlərin başlanması üçün planlaşdırılan səfər müvəqqəti olaraq təxirə salınıb.
Bildirilib ki, Tehran daha əvvəl ABŞ və vasitəçilərə Livan məsələsinin danışıqlar prosesinin davamı və ya dayandırılması baxımından həlledici rol oynadığını çatdırıb.
Qeyd olunub ki, İsrailin Livan ərazisinin 10 kilometr dərinliyinə qədər həyata keçirdiyi hücumlar əldə olunan çərçivə razılaşmasının pozulması kimi qiymətləndirilir və bu səbəbdən danışıqlar prosesinə təsir göstərib.
11:20 19.06.2026
Oxunuş sayı: 47