İranlı rəsmidən Ermənistanla bağlı XƏBƏRDARLIQ
İrandan adı açıqlanmayan rəsmi şəxs Ermənistanın ABŞ ilə mümkün əməkdaşlığına dair açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb
Rəsmi bildirib ki, Ermənistanın istədiyi ölkələrlə münasibət qurmaq suveren hüququdur və bu, regiondakı bütün dövlətlərə aiddir. Lakin o qeyd edib ki, bu əməkdaşlıqlar anti-İran yönümlü layihələr çərçivəsində həyata keçirilərsə, bunun nəticələri olacaq.
Açıqlamada iddia olunub ki, əldə olunan razılaşmaya əsasən ABŞ öz hərbi qüvvələrini İranla sərhəd bölgələrindən çıxarmağı öhdəsinə götürüb. Bu yanaşmanın İranın şimal sərhədlərinə də şamil edildiyi vurğulanıb.
Rəsmi əlavə edib ki, Ermənistan kommunikasiya xətlərinin açılması adı altında ABŞ hərbi mövcudluğunu İran sərhədinə yaxınlaşdırarsa, Tehran buna qarşı müdafiə addımları atacaq və bu, ikitərəfli münasibətlərə təsir göstərə bilər.
Bildirilib ki, region ölkələri problemləri öz aralarında həll etməlidir və İran sərhədlərinin xarici qüvvələrin nəzarətinə keçməsi qəbul edilə bilməz. Rəsmi yekunda qeyd edib ki, bu məsələlər nəzərə alınmazsa, İranın alternativ addımlar atmaq məcburiyyətində qalacağı istisna edilmir.
11:15 19.06.2026
Oxunuş sayı: 43