Tramp İranla bağlı razılaşma videosunu paylaşdı
ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” hesabında İranla əldə olunan razılaşma barədə videosunu paylaşıb.
Crossmedia.az xəbər verir ki, videoda proqram aparıcısı Trampın imzaladığı razılaşmanın surətinin elektron poçt vasitəsilə İrana göndərildiyini iddia edir. Verilişdə İranın ali rəhbəri Müctəba Xameneiyə ironik şəkildə istinad edilərək, sənədin “onun elektron poçtuna göndərildiyi” qeyd olunur.
Aparıcı istehza ilə bildirir ki, İran rəhbərinin “Wi-Fi bağlantısı olmadığı üçün” razılaşma mətninin ona gec çatması mümkündür.
Verilişdə həmçinin iddia olunur ki, əldə edilən razılaşma İranın nüvə proqramına son qoyub və tərəflər zənginləşdirilmiş uranın məhv edilməsinə razılıq veriblər.
11:47 19.06.2026
Oxunuş sayı: 53