Almaniya Hörmüz boğazına hərbi gəmilər göndərir
Almaniya Hörmüz boğazında mümkün hərbi missiyaya hazırlıq çərçivəsində Qırmızı dənizə iki hərbi gəmi göndərib.
Crossmedia.az-ın məlumatına görə, Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə NATO həmkarları ilə görüş zamanı bildirib ki, hazırda “Fulda” mina təmizləyən gəmisi və “Mosel” təchizat gəmisi Süveyş kanalı vasitəsilə Qırmızı dəniz istiqamətində hərəkət edir.
Nazir qeyd edib ki, bölgədə minalardan təmizləmə əməliyyatında iştirak üçün İran və Omanın razılığı vacib şərt olaraq qalır.
O, həmçinin vurğulayıb ki, mümkün missiyanın həyata keçirilməsi İran və ABŞ arasında aparılan gələcək danışıqların nəticələrindən də asılı olacaq.
10:56 19.06.2026
Oxunuş sayı: 48