ABŞ: süni intellekt hərbi əməliyyatlarda istifadə olunub
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi süni intellekt texnologiyalarının hərbi əməliyyatlarda tətbiqi ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az xəbər verir ki, xAI - ın hazırladığı “Grok” süni intellekt modeli ABŞ ordusunun əməliyyat planlaşdırma və hədəf seçimi proseslərinə inteqrasiya edilib.
Pentaqonun Süni İntellekt Ofisinin rəhbəri Kemeron Stenli məhkəməyə təqdim etdiyi ifadədə bildirib ki, Grok əsaslı sistem 96 saatlıq əməliyyat çərçivəsində təxminən 2 min hədəfə qarşı 2 mindən çox sursatın tətbiq olunduğu prosesdə istifadə olunub.
Rəsmilər qeyd ediblər ki, sistem hədəflərin müəyyənləşdirilməsi və əməliyyat koordinasiyasında rol oynayıb. Lakin süni intellektin birbaşa mülki itkilərə səbəb olduğunu təsdiqləyən konkret sübut təqdim edilməyib.
Məsələ ABŞ-də süni intellektin hərbi sahədə istifadəsi ilə bağlı yeni müzakirələrə səbəb olub.
10:20 19.06.2026
Oxunuş sayı: 58