Türkiyə XİN: İranın zənginləşdirilmiş uranı ilə bağlı texniki danışıqlara ehtiyac var
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İranın zənginləşdirilmiş uranının gələcək taleyi ilə bağlı məsələlər daha geniş və texniki müzakirələr tələb edir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazir qeyd edib ki, bu məsələ ilə bağlı detallar və uranın zənginləşdirilməsinin dayandırılma mexanizmi hazırda danışıqlar mərhələsindədir və tərəflər arasında tam razılaşma əldə olunmayıb.
Fidanın sözlərinə görə, nüvə proqramı ilə bağlı həssas məsələlər yalnız siyasi deyil, həm də texniki aspektlər üzrə dərin müzakirələrə ehtiyac yaradır.
09:57 19.06.2026
Oxunuş sayı: 39