Lavrov Avropanı sərt TƏNQİD EDİB
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa və Ukrayna ilə bağlı açıqlamaları ilə diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Belə ki, Lavrov “Ukrayna, Avropa və qlobal təhlükəsizlik” adlı məqaləsində Avropanın Moskva ilə münasibətlərinə dair sərt fikirlər səsləndirib.
Lavrovun sözlərinə görə, Avropanın Rusiyanı “aqressiv planlar”da ittiham etməsi konstruktiv dialoqa imkan vermir. O, NATO ilə Rusiya arasında mümkün birbaşa toqquşmanın ciddi eskalasiyaya, hətta nüvə təhlükəsinə qədər gedə biləcəyini iddia edib.
Nazir Avropanın 2030-cu ilə qədər Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlaşdığını, bu müddətdə isə zaman qazandığını bildirib. O həmçinin Qərbin əsas məqsədinin Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini qorumaq olduğunu qeyd edib.
Məqalədə münaqişənin “dondurulması” ssenarisi, Avropa ölkələrinin Ukraynaya hərbi kontingent göndərməsi ehtimalı və regionda təsir dairəsinin genişləndirilməsi kimi iddialar da yer alıb.
Lavrov Avropa ilə dialoqun bərpası üçün etimad mühitinin yenidən formalaşdırılmasının vacibliyini vurğulayıb və bəzi Avropa ölkələrinin səfirlərinin Rusiya XİN-ə səfərinin “ultimatum xarakterli” olduğunu iddia edib.
07:12 19.06.2026
Oxunuş sayı: 52