Ukraynaya dəstək verən zavod hədəfə alındı
Fransada Ukrayna üçün pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavoda hücum edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, naməlum şəxslər müəssisənin binasına yandırıcı qarışıq doldurulmuş butulkalar atıblar. Lakin butulkalar partlamayıb və ciddi ziyan qeydə alınmayıb.
Hadisədən bir müddət sonra zavodun yaxınlığında bir nəfər saxlanılıb. Həmin şəxsin müəssisə üzərində casusluq fəaliyyəti apardığı ehtimal edilir.
Faktla bağlı Paris Prokurorluğu tərəfindən araşdırma başlanıb. Məlumatı Fransanın ˝Le Parisien˝ qəzeti yayıb.
23:45 18.06.2026
Oxunuş sayı: 43