Moskva hücumundan sonra Rusiyadan yeni hərbi siqnal
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvaya edilən hücumu şərh edərkən bildirib ki, Rusiya Ukrayna ərazisində onun döyüş qabiliyyətinə təsir edən hədəflərə qarşı kütləvi zərbələri müntəzəm olaraq davam etdirəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lavrovun sözlərinə görə, bu hücumlar Ukraynanın hərbi potensialını zəiflətməyə yönəlib və gələcəkdə də oxşar əməliyyatlar həyata keçiriləcək.
Nazir qeyd edib ki, Rusiya tərəfi hərbi məqsədlər üçün istifadə olunduğunu hesab etdiyi obyektləri hədəf almaqda davam edəcək.
23:55 18.06.2026
Oxunuş sayı: 46