İsrail Cənubi Livandan qoşunlarını çıxarmayacağını bildirdi
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail ordusu təhlükəsizlik zərurəti aradan qalxana qədər Livаnın cənubundan geri çəkilməyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Baş nazirin sözlərinə görə, əsas məqsəd İsrailin şimal bölgələrində sabitlik və rifahın bərpasıdır.
“Biz İsrailin şimal bölgələrində rifahı bərpa edəcəyik. Bunun üçün Livanın cənubunda təhlükəsizlik zonası saxlamaq vacibdir və İsrailin təhlükəsizlik ehtiyacları tələb etdiyi müddətcə oradan çıxmamalıyıq”, — deyə Netanyahu bildirib.
Qeyd edək ki, bu açıqlama regionda təhlükəsizlik gərginliyinin davam etdiyi bir vaxtda səsləndirilib.
23:25 18.06.2026
Oxunuş sayı: 54