Müctəba Xamenei ABŞ–İran anlaşmasına icazə vermə səbəbini açıqladı
İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ və İran arasında anlaşma memorandumu imzalanmasına icazə verdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mənbəyə istinadən xəbər verir.
O bildirib ki, əvvəlcə bu məsələyə fərqli yanaşsa da, İran prezidenti və Ali Milli Təhlükəsizlik Şurasının müvafiq öhdəliklər götürməsindən sonra razılaşmanın imzalanmasına razılıq verib.
Xamenei vurğulayıb ki, İran tərəfi imzalanacaq razılaşmanın bütün şərtlərinin yerinə yetirilməsini diqqətlə izləyəcək və icrasını gözləyəcək.
22:18 18.06.2026
Oxunuş sayı: 45