Ermənistan Fransadan 6 helikopter alır
Ermənistan Fransanın “Airbus Helicopters” şirkəti ilə 6 ədəd H145 tipli helikopterin satın alınmasına dair müqavilə imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, saziş Fransa Prezidenti Emmanuel Makronun İrəvana səfəri çərçivəsində rəsmiləşdirilib. Yeni helikopterlərin Ermənistanın hava nəqliyyatı və logistika imkanlarını gücləndirmək məqsədi daşıdığı bildirilir.
H145 helikopterləri əsasən nəqliyyat, axtarış-xilasetmə və müxtəlif yardım əməliyyatlarında istifadə olunur. Airbus-un məlumatına əsasən, bu model dünya üzrə geniş istifadə edilən çoxməqsədli yüngül helikopterlərdən biridir.
Qeyd edək ki, bu, Ermənistanın “Airbus Helicopters” şirkəti ilə ilk rəsmi helikopter satınalma müqaviləsi kimi qiymətləndirilir.
22:10 18.06.2026
Oxunuş sayı: 44