Vens: ABŞ İranın dəniz blokadasını yumşaldıb
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton İranın dəniz limanlarına qarşı tətbiq etdiyi blokada rejimini faktiki olaraq aradan qaldırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İranın ticarət gəmilərinin Hörmüz boğazından keçidi daha sərbəst hala gəlib.
Məlumata əsasən, ABŞ eyni zamanda İran neftinin ixracına qoyulan bəzi məhdudiyyətləri də yumşaldıb. Bu qərardan sonra İran neftinin beynəlxalq bazarlara çıxışının və təchizat həcminin artdığı bildirilir.
Rəsmi açıqlamalarda bu addımların regionda ticarət axınlarını sabitləşdirmək və enerji bazarında təchizat zəncirini gücləndirmək məqsədi daşıdığı qeyd olunur.
21:46 18.06.2026
Oxunuş sayı: 51